III MDB Oyunlarının ilk nümayəndə heyətləri artıq Azərbaycandadır

24 Sentyabr 2025
III MDB Oyunlarının ilk nümayəndə heyətləri artıq Azərbaycandadır

III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə başlayıblar.

Bu gecə Belarus, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş ediblər. Onlar futbol, stolüstü tennis, kamandan oxatma və sambo idman növlərində mübarizə aparacaqlar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları