Şəkidə bədii gimnastika üzrə III MDB Oyunlarının sınaq yarışı keçirildi

22 Sentyabr 2025
Şəkidə bədii gimnastika üzrə III MDB Oyunlarının sınaq yarışı keçirildi

20-21 sentyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində “Bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi” keçirildi.

Yarış III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyırdı. Ölkənin müxtəlif bölgələrini təmsil edən 13 klubdan 130 gimnast fərdi və qrup hərəkətləri proqramlarında bacarıqlarını nümayiş etdirdi. İştirakçılar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə halqa, top, lent və gürzlərlə çıxış etdilər.

İkinci günün nəticələri (yeniyetmələr və gənclər):

Yeniyetmələr (2013–2014):

1-ci yer – Amina Novruzova (BGM),

2-ci yer – Mişel Aniskina (“Ocaq Sport” Klubu),

3-cü yer – Sara Atakişiyeva (“Ocaq Sport” Klubu).

Yeniyetmələr (2012):

1-ci yer – Gülnur Məmmədli (“Ocaq Sport” Klubu),

2-ci yer – Məryəm Baloğlanova (“Ocaq Sport” Klubu),

3-cü yer – Zəhra Tahirova (BGM).

Gənclər:

1-ci yer – Azadə Atakişiyeva (“Ocaq Sport” Klubu),

2-ci yer – Şəms Ağahüseynova (“Ocaq Sport” Klubu),

3-cü yer – Fidan Qurbanlı (Zirə Mədəniyyət Mərkəzi).

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

III MDB Oyunları çərçivəsində bədii gimnastika yarışları Şəki Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları