“Nebesnaya Gratsiya” akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək üçün Şəkiyə gəlib

5 Oktyabr 2025
“Nebesnaya Gratsiya” akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək üçün Şəkiyə gəlib

Olimpiya çempionu Alina Kabayeva tərəfindən yaradılmış “Nebesnaya Gratsiya” bədii gimnastika akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək məqsədilə Şəki şəhərindəki Olimpiya İdman Kompleksinə gəlib.

Beynəlxalq “Nebesnaya Gratsiya” Assosiasiyasının icraçı direktoru Yelena Yerxanın verdiyi məlumata görə, gimnastlar Kompleksinin arenasında məşqlərə başlayıblar.

Komandanın tərkibində akademiyanın fəaliyyət göstərdiyi müxtəlif ölkələri təmsil edən gimnastlar yer alır. Onların MDB Oyunlarındakı iştirakı bədii gimnastikanın inkişafında beynəlxalq əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha göstərir.

Xatırladırıq ki, III MDB Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar artıq sabah – oktyabrın 6-da Şəki Olimpiya İdman Kompleksinin arenasında start götürəcək.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları