20–21 sentyabr tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində karate idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və U21 yaş kateqoriyalarını əhatə edən “Olimpiya ümidləri” beynəlxalq turnir keçirilib.
Çempionat Gənclər və İdman Nazirliyi, III MDB Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilirdi.
Bu yarış III MDB Oyunlarına hazırlıq xarakteri daşıyırdı.
Turnirdə Azərbaycan, Türkiyə, Küveytdən 338 karateçi öz gücünü sınamışdı. İdmançılar 40 dəst medal uğrunda mübarizə aparmışdılar. Sonda qaliblər diplom, medal və kuboklarla təltif olunmuşdular.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
III MDB Oyunları çərçivəsində karate yarışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.





