İrina Zaretska III MDB Oyunlarındakı qələbəsi barədə:“Çempionları qələbə dayandırmır”

5 Oktyabr 2025
İrina Zaretska III MDB Oyunlarındakı qələbəsi barədə:“Çempionları qələbə dayandırmır”

Olimpiya mükafatçısı və dəfələrlə dünya və Avropa çempionu olmuş İrina Zaretska III MDB Oyunlarında keçirilən karate yarışlarında qızıl medal qazanıb.

“Burada həmişə böyük dəstəy hiss edirəm. Gəlib bizi dəstəkləyən hər kəsə sonsuz təşəkkürümü bildirirəm — karateçilərimiz çox yaxşı nəticə göstərdilər. Hamını təbrik edirəm”, — deyə Zaretska yarışdan sonra bildirib.

İrina üçün bu, analıq məzuniyyətindən sonra ikinci böyük yarış idi — və dərhal qızıl medal. O bildirib ki, yenidən zirvəyə qayıtmaq üçün çox ciddi şəkildə çalışıb.

Mübarizənin çətinliyi ilə bağlı suala cavabında İrina deyib:

“Döyüşlərim 8:0, 8:1 və 4:2 hesabı ilə başa çatdı — yəni hər şeyi tatamidə göstərdim”.

Motivasiya ilə bağlı suala cavab verərkən isə vurğulayıb:

“Çempionlar — bir dəfə qalib gələnlər deyil, çempionlar — qələbə ilə kifayətlənməyənlərdir.

Mən məhz belə insanlardanam. Hər bir qələbə mənim üçün daha bir pillədir. Adımın tarixdə unudulmaz və dərin iz buraxmasını istəyirəm.Çoxlu qələbələr, çoxlu rəqəmlər — məni irəli aparan əsas motivasiyam budur”.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları