III MDB Oyunlarının könüllüləri: 3000 gənc bir arada

6 Sentyabr 2025
III MDB Oyunlarının könüllüləri: 3000 gənc bir arada

Bu ilin ən iri idman tədbirlərindən biri olan III MDB Oyunlarında 3000 könüllü fəaliyyət göstərəcək.

Ən çox könüllü – 1250 nəfər Gəncə şəhərində, digər şəhər və rayonlarda isə Qəbələdə 600, Şəkidə 350, Mingəçevirdə 255, Yevlaxda 190, Xankəndidə 185, Göygöldə isə 175 könüllü iştirak edəcək.

III MDB Oyunları Könüllülər proqramına maraq yüksəkdir. Proqramın qeydiyyat portalından 9700-dən çox namizəd müraciət edib. 24 iyun tarixində başlanılan müsahibə mərhələsində isə 7200 namizəd iştirak edib və seçim prosesi uğurla yekunlaşıb. Hazırda könüllülərin yarışlara tam hazır olması üçün təlimlər davam etdirilir.

Könüllülər Oyunlar zamanı idman əməliyyatları, insan resursları və işçi qüvvəsi, məkanın idarə olunması, tədbirlər və mərasimlər, media əməliyyatları kimi əsas istiqamətlərdə fəaliyyət göstərəcəklər. Onlar idmançıların, qonaqların və media nümayəndələrinin qarşılanması, yönləndirilməsi və suallarının cavablandırılması ilə məşğul olacaqlar.

Könüllülər III MDB Oyunlarının ayrılmaz hissəsi olmaqla, yarışların yüksək səviyyədə keçirilməsinə mühüm töhfə verəcək və bu möhtəşəm idman bayramının uğurlu təşkilində əvəzsiz rol oynayacaqlar.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları