III MDB Oyunlarında ikinci gün: stolüstü tennisdə finallar, futbol üzrə Azərbaycan millisinin ilk oyunu

27 Sentyabr 2025
III MDB Oyunlarında ikinci gün: stolüstü tennisdə finallar, futbol üzrə Azərbaycan millisinin ilk oyunu

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarında final qarşılaşmaları baş tutuacaq.

Ötən gün həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşdi. Yarımfinal görüşlərinin nəticələrinə əsasən hər iki kateqoriyada Azərbaycan və Rusiya yığmaları finala vəsiqə qazanıblar.

27 sentyabr, 10:00

Stolüstü tennis (kişilər), final:

Azərbaycan – Rusiya;

Stolüstü tennis (qadınlar), final:

Azərbaycan – Rusiya.

Bundan başqa, bu gün stolüstü tennisdə individual yarışlar başlayır.

Maraqla gözlənilən digər idman növü futbolda ilk oyunlar da bu gün başlayacaq. Qəbələ şəhər stadionunda A qrupunda yer alan Azərbaycan və Tacikistan və B qrupunda qərarlaşan Belarus və Rusiya yığmaları qarşılaşacaq.

27 sentyabr, 12:00

A qrupu

Tacikistan – Azərbaycan

14:00

B qrupu

Belarus – Rusiya.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları