III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olunub

26 May 2025
III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 20-ci görüşünü keçirib.

Tədbirdə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olunub, Oyunların rəsmi saytı barədə məlumat verilib.

III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.

Ümumilikdə, Oyunlarda dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları