III MDB Oyunları: Yunan-Roma güləşçilərimiz üç qızıl medal qazanıblar

7 Oktyabr 2025
III MDB Oyunları: Yunan-Roma güləşçilərimiz üç qızıl medal qazanıblar

Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışlarına yekun vurulub.

10 çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Azərbaycanı təmsil edən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olublar. Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) – gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıblar.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları