III MDB Oyunları: kamandan oxatma yarışlarına yekun vurulub

5 Oktyabr 2025
III MDB Oyunları: kamandan oxatma yarışlarına yekun vurulub

III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma yarışlarına yekun vurulub.

Oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistan komandası tutub.

Qızlardan ibarət komandalar arasında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası qazanıb. Azərbaycan komandası yarışları 4-cü pillədə tamamlayıb.

Qarışıq komandaların mübarizəsində isə Belarus birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə layiq görülüb.

Fərdi yarışlarda oğlanlar arasında Özbəkistan idmançısı qalib gəlib, Rusiya təmsilçiləri isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların fərdi yarışlarında birinci yeri Qazaxıstan, ikinci və üçüncü yerləri isə Rusiya oxatanları tutublar.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları