III MDB Oyunları: Futbol üzrə yarışlarda 3-cü və 5-ci yerin sahibləri müəyyənləşib

3 Oktyabr 2025
III MDB Oyunları: Futbol üzrə yarışlarda 3-cü və 5-ci yerin sahibləri müəyyənləşib

III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda daha iki görüş baş tutub.

5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.

Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.

Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları