III MDB Oyunları çərçivəsində təşkil olunacaq futbol turnirinin püşkü atılıb.
Altı ölkənin yığmalarının qatılacağı turnir Qəbələ şəhər stadionunda keçiriləcək.
Püşkatmanın nəticəsində milli yığmalar iki qrupa bölünüblər. A qrupunda Azərbaycan, Tacikistan və Qırğızıstan komandaları yer alıb, B qrupunda isə – Belarus, Rusiya və Özbəkistan. Qrupda ilk yeri tutan iki komanda finala çıxacaq, ikinci yerlərin sahibləri isə üçüncü yer uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qruplarda üçüncü yerləri tutan milli komandalar beşinci yer uğrunda mübarizə aparacaqlar.
Turnirin final oyunu oktyabrın 4-də keçiriləcək.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.