III MDB Oyunları: Azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla başa vurub

2 Oktyabr 2025
III MDB Oyunları: Azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla başa vurub

Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları yekunlaşıb.

Bu gün keçirilən 1 500 metr məsafəyə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Anastasiya Gnussina üçüncü yerə çıxıb.

Rusiyalı Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci olub.

Qeyd edək ki, azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla (2 qızıl, 5 gümüş, 6 bürünc) başa vurub.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları