III MDB Oyunları: Azərbaycanlı güllə atıcıları yarışları 3 medalla başa vurublar

6 Oktyabr 2025
III MDB Oyunları: Azərbaycanlı güllə atıcıları yarışları 3 medalla başa vurublar

Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında güllə atıcılığı üzrə yarışlara yekun vurulub.

Azərbaycanlı güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medal qazanıb.

Bundan başqa, Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda üçüncü olub.

Qeyd edək ki, daha öncə Xanna Əliyeva gümüş medal da qazanmışdır.

Beləliklə, idmançılarımız turniri 3 medalla başa vurublar.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları