III MDB Oyunları: Azərbaycanın qadınlardan ibarət voleybol millisi yarımfinala çıxıb

3 Oktyabr 2025
III MDB Oyunları: Azərbaycanın qadınlardan ibarət voleybol millisi yarımfinala çıxıb

Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.

A qrupunda yer alan Azərbaycan millisi Özbəkistana 3:2 hesabı ilə qalib gəlib.

Qrupun lideri olaraq bizim komanda yarımfinala çıxıb. Bu mərhələdə rəqibimiz Belarus yığması olacaq.

Günün digər oyununda B qrupunda Rusiya millisi Qırğızıstandan üstün olub (3:0) və yarımfinal vəsiqə qazanıb. Onların bu mərhələdəki rəqibi isə Özbəkistan komandası olacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları oktyabrın 5-də baş tutacaq.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları