III MDB Oyunları: Azərbaycanın qadın boksçuları turniri 10 medalla başa vurublar

4 Oktyabr 2025
III MDB Oyunları: Azərbaycanın qadın boksçuları turniri 10 medalla başa vurublar

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

Azərbaycanlı boksçu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.

Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.

Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq),Səma Abbasova (66 kg) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.

Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.

Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları