III MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəlib

2 Oktyabr 2025
III MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəlib

Xankəndi şəhər stadionunda III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışlarına start verilib.

Bu gün keçirilən təsnifat mərhələsində qadınlar və kişilər üzrə idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.

İdmançılarımız Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bundan başqa, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar.

Qeyd edək ki, sabah, yarışların ikinci günündə 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları