III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəlib

4 Oktyabr 2025
III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəlib

Bu gün III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlara start verilib.

Azərbaycan idmançıları Məhəmmədəli Hüsüyev (55 kq), Gülşən Hüseynova (44 kq), Zeyd Ələsgərov (60 kq), Sunay Salamaova (40 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Fəxri Sahibzadə (66 kq), Könül Eyvazlı (44 kq), Nərmin Ağamirzadə (52 kq), Nəzakət Vəliyeva (57 kq), Məhəmməd Ağakişiyev (81 kq) və Sübhan Axundov (+90 kq) yarımfinal görüşlərində qələbə qazanıblar.

Beləliklə, Azərbaycanın 12 cüdoçusu finala vəsiqə qazanıb.

Qeyd edək ki, cüdo üzrə yarışlara oktyabrın 5-də yekun vurulacaq.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları