III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində gimnastika üzrə yarışlar davam edib.
Azərbaycan gimnastı Azadə Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutub.
Bədii gimnastika üzrə komandamız isə (Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azada Atakişiyeva) üçüncü yerə çıxaraq bürünc medala sahib olub.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.