III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə İdman Sarayında üzgüçülük üzrə sınaq yarışı – “Ganja Cup 2025” start götürüb.
Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub.
Bu gün qadınlar və kişilər arasında 200 metr sərbəst üzgüçülük, həmçinin 100 metr kəpənək stili üzrə yarışlar keçirilib.
Müsabiqənin ilk günündə qaliblərə və mükafatçılara Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, vitse-prezident Xaliq İldırımzadə və İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov mükafatları təqdim ediblər.
Qeyd edək ki, bu yarışlar III MDB Oyunlarına hazırlıq prosesinin bir hissəsidir.
Xatırladaq ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.
Təntənəli açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda təşkil olunacaq.
MDB Oyunları çərçivəsində üzgüçülük yarışları Gəncə İdman Sarayında baş tutacaq.













