Avarçəkənlərimiz III MDB Oyunlarına dörd medalla başlayıb

5 Oktyabr 2025
Avarçəkənlərimiz III MDB Oyunlarına dörd medalla başlayıb

Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB

Azərbaycan komandası ilk yarış günündə dörd medal qazanıb.

Birnəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında yarışda Əlimurad Hacızadə gümüş medal qazanıb.

Amil Ramazanov birnəfərlik kayak qayığında 200 metr və 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında iki bürünc medala sahib olub.

İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları