Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
Hazırda medal sıralamasında Rusiya 225 (124-61-40) medalla liderdir. Azərbaycan 178 medalla ikinci pillədə qərarlaşıb: 33 qızıl, 53 gümüş və 92 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 119 (32-35-52) medal.
Bu günə qədər III MDB Oyunlarında 10 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.