III MDB Oyunları: Nihad Abasov çempion oldu, daha altı güləşçimiz medal qazandı

3 Oktyabr 2025
III MDB Oyunları: Nihad Abasov çempion oldu, daha altı güləşçimiz medal qazandı

Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sərbəst güləş yarışlarına start verilib.

İlk gündə oğlanlar arasında 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq, qızlar arasında isə 40 kq, 46 kq, 53 kq və 61 kq çəki dərəcələrində mübarizə aparılıb.

Azərbaycanı təmsil edən 8 güləşçidən 7-si medal qazanıb. Nihad Abbasov (71 kq) çempion olub. Hacıhüseyn Əhmədzadə (51 kq) və Rəşid Nəzərov (60 kq) gümüş medal, Hüseyn Rzazadə (45 kq), Nəzrin Əhmədli (46 kq), Xədicəxanım Talıbova (53 kq) və Amin Nəsibov (92 kq) isə bürünc medal qazanıblar.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları