III MDB Oyunları: Azərbaycanın 3 karateçisi qızıl, ikisi gümüş, dördü isə bürünc medallar qazandılar

3 Oktyabr 2025
III MDB Oyunları: Azərbaycanın 3 karateçisi qızıl, ikisi gümüş, dördü isə bürünc medallar qazandılar

Bu gün III MDB Oyunları çərçivəsində Mingəçevir “Kür” olimpiya Kompleksində karate yarışları keçirilib.

55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb. Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medala sahib çıxıb. Gümüş medala həmçinin Fərid Savadov (60 kq) sahib çıxıb.

Digər təmsilçimiz Nuran Rzazadə (-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.

Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.

İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.

Qeyd edək ki, karate yarışlarına oktyabrın 4-də yekun vurulacaq.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları