Bu gün ölkəmizdə keçirilən III MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə qızların şəxsi yarışında mübarizəyə start verilib.
Gəncə İdman Sarayında keçirilən yarışda qrup mərhələsini üç qələbə ilə başa vuran Azərbaycan təmsilçisi Mirnuray Abbasova pley-offda Belarus təmsilçisi Aqata Tsarkovanı 15:12 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib. 1/4 finalda rusiyalı Anastasiya İlyuşenkonu 15:13 hesabı ilə mübarizədən kənarlaşdıran Mirnuray Abasova yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Mirnuray finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rusiya şpaqaçısı Anastasiya Zabelinaya 14:15 hesabı ilə uduzub.
Bu Azərbaycanın III MDB Oyunlarında qılıncoynatma üzrə ilk medalıdır.





