III MDB Oyunları: Azərbaycan gimnastlar qızıl və bürünc medallar qazanıb

3 Oktyabr 2025
III MDB Oyunları: Azərbaycan gimnastlar qızıl və bürünc medallar qazanıb

III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.

Azərbaycan gimnastı Maqsud Mahsudov (60.19 xal) oğlanların fərdi yarışında bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.

Belaruslu İvan Litvinoviç (57.06) gümüş, qazaxıstanlı Nikita Tumakov (47.24) isə bürünc medal qazanıb.

Qeyd edək ki, belaruslu İvan Litvinoviç ikiqat Olimpiya çempionudur.

Bundan başqa, gimnastımız Selcan Mahsudova (56.040 xal) qızların fərdi yarışında bürünc medal qazanıb.

Belaruslu Lana Lebedeva (57.710 xal) birinci, rusiyalı Anjela Bladçeva (57.660 xal) isə ikinci olub.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları