III MDB Oyunları: Azərbaycan stend atıcılığında daha üç medal qazandı

30 Sentyabr 2025
III MDB Oyunları: Azərbaycan stend atıcılığında daha üç medal qazandı

Bu gün Qəbələdə III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar davam edib.


Yarışların üçüncü günündə Azərbaycan idmançıları daha üç medal qazanıblar.

Kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov III MDB Oyunlarının gümüş medalını qazanıb, qadınların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub. Səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti də bürünc mükafata sahib çıxıblar.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları