Bu qələbə Azərbaycan üçün tarixi nailiyyətdir. Oqtay Hüseynov Azərbaycan tarixində MDB Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanan ilk idmançıdır.
Qələbədən sonra Oqtay Hüseynov təəsüratlarını bölüşdü: “Bu, inanılmaz bir hissdir! Mənim arzum budur ki, Azərbaycan bayrağını qaldırım və hər yarışda himnimiz səslənsin. Komanda yoldaşlarıma uğurlar arzulayıram.
Mənə dəstək olan hər kəsə, həmçinin məşqçilərimə xüsusi təşəkkürümü bildirirəm.”- idmançı deyib.
