III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazanıb

29 Sentyabr 2025
III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazanıb

Qəbələ Olimpiya İdman kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.

Bu gün fərdi yarışların finalında Azərbaycanlı idmançılar Adil Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, Mərziyə Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terexovaya 0:3 hesabı ilə məğlub olublar və gümüş medallarla kifayətləniblər.

Qeyd edək ki, daha öncə digər Azərbaycan təmsilçisi Onur Quluzadə də gümüş medal qazanıb.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları