Azərbaycan üzgüçüləri III MDB Oyunlarında üç medal qazandı

29 Sentyabr 2025
Azərbaycan üzgüçüləri III MDB Oyunlarında üç medal qazandı

Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

Bu gün keçirilən 200 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə Azərbaycan üzgüçüsü Oqtay Hüseynov gümüş medal qazanıb.

Rusiyalı Maksim Starovoytov qızıl, özbəkistanlı Javlonbek Qaniyev isə bürünc medala sahib çıxıb.

Bundan başqa, qadınlar arasında 200 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə Azərbaycanlı üzgüçülər Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Gnussina bürünc mükafat əldə edib. Qızıl medala rusiyalı Anastasiya Chernışova sahib çıxıb.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları