Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edəcək. Mübarizəyə kişi və qadın cütlüklər və qarışıq cütlüklər qoşulur.
Bundan başqa, Gəncə İdman Sarayında üzgüçülük, Qəbələ Atıcılıq Mərkəzində atıcılıq, Şəki şəhər stadionunda isə çövkən üzrə yarışlar başlayır.