Qəbələdə III MDB Oyunlarına hazırlıq çərçivəsində stend atıcılığı üzrə test turniri keçirilib

24 Sentyabr 2025
Qəbələdə III MDB Oyunlarına hazırlıq çərçivəsində stend atıcılığı üzrə test turniri keçirilib

Qəbələ atıcılıq klubunda III MDB Oyunlarına hazırlıq çərçivəsində stend atıcılığı üzrə test turniri keçirilib.

Yarış III MDB Oyunlarının təşkilat komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təşkil olunub.

Turnirdə Azərbaycan milli yığmasının tərkibində olan 24 nəfər idmançı iştirak edib. İdmançılar dairəvi stend, səngər stendi və solo hərəkəti növləri üzrə mübarizə aparıblar.

Yarışın sonunda qalib idmançılar diplomlarla təltif ediliblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.

Stend atıcılığı üzrə yarışlar Qəbələ atıcılıq klubunda keçiriləcək.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları