Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları üçün hazırlıq və test xarakteri daşıyan avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.
Çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Yarışda fərqlənən avarçəkənlər III MDB Oyunlarında mübarizə aparacaqlar.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
Avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Oyunlarda iştirak edəcək idmançılar 22 dəst medal uğrunda mübarizə aparacaqlar.






