Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunlarına hazırlıq və test xarakteri daşıyır avarçəkmə üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.
Çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilir.
Avarçəkənlər turnirin birinci günündə akademik, kayak və kanoe növlərində 16 dəst medal uğrunda mübarizə aparıblar. Qaliblər diplom və medallarlar mükafatlandırılmaqla yanaşı, fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
Avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Oyunlarda iştirak edəcək idmançılar 22 dəst medal uğrunda mübarizə aparacaqlar.











