III MDB Oyunları üçün media akkreditasiya başladı.

22 May 2025
III MDB Oyunları üçün media akkreditasiya başladı.

III MDB Oyunlarının Təşkilat Komitəsi Oyunları işıqlandırmaq üçün KİV nümayəndələrinin akkreditasiyası prosesinin başladığını elan etdi.

2025-ci il 22 may tarixindən etibarən MDB ölkələrindən və dəvət olunmuş dövlətlərdən olan KİV nümayəndələri akkreditasiya üçün müraciət edə bilərlər.

Akkreditasiya formasını III MDB Oyunlarının rəsmi saytında “Media Akkreditasiyası” bölməsində doldurmaq mümkündür: https://azerbaijan2025.com/az/media-akkreditasiyasi/

Akkreditasiya zamanı aşağıdakı vacib məlumatlara diqqət yetirin:

  • • Onlayn akkreditasiya – Oyunlara akkreditasiya kartını əldə etmək üçün yeganə üsuldur.
  • • Gecikmiş və ya natamam ərizələr nəzərə alınmayacaq.
  • • Yalnız akkreditasiya olunmuş KİV nümayəndələri Oyunlar çərçivəsində Yarış məkanlarında və Media Mərkəzində jurnalist fəaliyyətini həyata keçirə bilərlər.
  • • Logistika və arenalar haqqında məlumatları əhatə edən media-kit növbəti mərhələdə akkreditasiya olunmuş jurnalistlərə təqdim olunacaq.

Akkreditasiya prosesi ilə bağlı suallarınız və ya texniki dəstək üçün Media Akkreditasiyası komandası ilə əlaqə saxlaya bilərsiniz:
[email protected]

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın 7 şəhərində keçiriləcək.

Təşkilat Komitəsi bu böyük idman tədbirində KİV nümayəndələrini fəal iştirak etməyə dəvət edir.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları